AZ

Tanışına 80 manat borc pul verdi, sonra geri tələb etdi - DAVA

Gəncə Şəhər Məhkəməsində xuliqanlıqda təqsirləndirilən Elçin Məcidovun (soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Məhəmməd Həsənlinin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.


Məhkəmənin hökmü ilə o, cinayət işi üzrə məsuliyyətindən azad edilib və iş üzrə icraata xitam verilib.
 

İttihama görə, hadisə bu il Gəncə şəhər dəmiryolu peronunda yerləşən “Qış Klubu” adlanan yerdə qeydə alınıb.


Belə ki, Elçin Məcidov tanışı, zərərçəkmiş Elsevər Məmmədova (soyadı şərtidir) yaxınlaşıb 80 manat verdiyi borc pulu geri qaytarmasını tələb edib. Bu zaman o, qəsdən əl zərbələri ilə Elsevəri vuraraq ona xəsarət yetirib.


Hadisədən sonra Elçin Məcidov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.


Məhkəmə iclasında zərərçəkmiş Elsevər Məmmədovhazırda təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanın tam ödənildiyini bildirib.


Kamal Məmmədov 

Tarix: 5 Avqust 2025, 08:18   
Seçilən
7
pravda.az

1Mənbələr