AZ

Məşhur ticarət mərkəzinin qarşısında borc pula görə dava düşdü - MƏHKƏMƏ

Nərimanov Rayon Məhkəməsində xuliqanlıqda təqsirləndirilən Əkrəm Poladov və Nihad Quliyevin (hər ikisini adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Gültəkin Əsədovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
 

Məhkəmənin hökmü Əkrəm Poladov 1 il 2 ay və Nihad Quliyev isə 1 il 2 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum edilib.


İttihama görə, hadisə 14 mart 2025-ci il tarixdə, saat 21 radələrində Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən “Caspian Shopping Center” ticarət mərkəzinin giriş qapısından 10 metr aralıda qeydə alınıb.
 

Belə ki, Əkrəm Poladovla Nihad Quliyev zərərçəkmiş Sakit Əmirova (adı, soyadı şərtidir) yaxınlaşıb üzərində pulunun olub-olmamasını soruşub. Zərərçəkmiş isə üzərində pulunun olmadığını bildirib. Bu zaman onların arasında mübahisə baş verib. Nəticədə Nihad yumruqla Sakitin sifət nahiyəsindən vuraraq onu yerə yıxıb. Sonra hər iki şəxs yerdə uzanmış vəziyyətə olan Sakiti təpiklə vuraraq, ona yüngül xəsarətlər yetirib.


Hadisədən sonra hər iki şəxs saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.


Kamal Məmmədov 

Tarix: 5 Avqust 2025, 08:25   
Seçilən
7
pravda.az

1Mənbələr