2025-ci ilin birinci yarısında dünyada ən populyar krossoverlərin və yolsuzluq avtomobillərinin adları açıqlanıb.
Oxu.Az bildirir ki, "Focus2move" portalı araşdırma apararaq bu avtomobilləri müəyyən edib.
Beləliklə, krossoverlər və yolsuzluq avtomobilləri arasında qlobal satışlarda birinci yerdə "Toyota RAV4" dayanır. İkinci yeri "Tesla Model Y" tutur. Üçüncü yerdə "Honda CR-V" krossoveri qərarlaşıb. İlk beşliyə həmçinin "Hyundai Tucson" və "KIA Sportage" də daxil edilib.
Dünyanın ən populyar 10 krossoveri siyahısına, eyni zamanda, "Volkswagen Tiguan", "BYD Song", "Honda HR-V", "Mercedes-Benz GLC" və "Hyundai Creta" daxil olub.
Tarix: 5 Avqust 2025, 08:28