AZ

1+1 illik müqavilə imzalandı, gəlişi bu cür açıqlandı - VİDEO

Yeni mövsüm üçün hazırlıqlarını davam etdirən “Qəbələ” növbəti transferini gerçəkləşdirib.

Sportinfo.az klubun rəsmi saytına istinadən xəbər verir ki, “qırmızı-qaralar” Eduardo Kunde ilə anlaşıb.

27 yaşlı mərkəz müdafiəçisi ilə 1+1 illik müqavilə imzalanıb.

Monteneqro əsilli braziliyalı futbolçunun son klubu İndoneziya Super Liqa təmsilçisi “Persis” olub.

Bunadək Bolqarıstanda “Botev Vratsa”, Braziliyada “Operario”, “Brusque”, Yaponiyada isə “Saqamihara” klublarının da formasını geyinib.

"Qəbələ” daha öncə Pirins Ovusu, Paulo Quimbila, İsaak Amoah və Adriel Ba Loouanı transfer edib.

Seçilən
7
sportinfo.az

1Mənbələr