Azərbaycan millisinin futbolçusu Cəlal Hüseynovun formasını geyindiyi “Arda” Bolqarıstan çempionatında növbəti oyuna çıxıb.
Futbolpress.az xəbər verir ki, sözügedən komanda səfərdə “Botev”lə qarşılaşıb. Matç “Arda”nın darmadağını ilə başa çatıb – 5:0.
Cəlal bu görüşdə start heyətdə meydana çıxıb və sona qədər oynayıb. Müdafiəçinin 38-ci dəqiqəsində vurduğu qol ofsayd səbəbiylə ləğv olunub.
“Arda” çempionatda bu mövsüm ilk qələbəsini qazanıb. Kırcalı təmsilçisi 4 xalla 7-ci sıradadır.