Nərimanov Rayon Məhkəməsində qəsdən sağlamlığa yüngül zərər vurmada təqsirləndirilən Ə.Ə-nin (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Kamal Babayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə o, cinayət işi üzrə məsuliyyətindən azad edilib və iş üzrə icraata xitam verilib.
İttihama görə, hadisə 2025-ci ilin iyun ayının 25-də, saat 10:00 radələrində paytaxtın Nərimanov rayonunda qeydə alınıb.
Belə ki, Ə.Ə. kirayə yaşadığı evdə kobud danışaraq 120 manat pul borcunu istəməsi səbəbindən zərərçəkmiş M.M . (adı, soyadı şərtidir) ilə mübahisə edib. Mübahisə zamanı o, qəsdən yumruqla zərərçəkmiş şəxsin baş nahiyəsinə vuraraq, ona xəsarət yetirib.
Hadisədən sonra Ə.Ə. saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.
Məhkəmənin hazırlıq iclasında zərərçəkmiş M.M. hazırda təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanın tam ödənildiyini bildirib.
Kamal Məmmədov