AZ

İstehlak kreditlərinə məhdudiyyət qoyuldu...


Əkrəm Həsənov: “İnsanlar gözü yumulu banklara borclanır və ödəməkdə çətinlik çəkir, bu səbəbdən də…”

Son illər Azərbaycanda istehlak kreditlərinin davamlı olaraq artması müşahidə edilir. 2020-ci illə müqayisədə belə istehlak məqsədilə götürülən kreditlərin ümumi məbləği 3 dəfəyə yaxın artaraq bu ilin fevralında 8,5 milyard manata çatıb.

Belə ki, 2020-ci ildə 14 milyard manatlıq ümumi kredit portfelinin 36 faizi və 25,7 faizi istehlak kreditlərinin payına düşürdü. Hazırda kreditlərin ümumi məbləği 5 ildə 2 dəfəyə qədər artaraq 27,5 milyard manata çatıb və bunun 8,5 milyard manatı istehlak kreditlərinin payına düşüb. Göründüyü kimi, istehlak kreditlərinin həm həcmi artıb, həm də ümumi kreditləşmədə payı. Ancaq onu da qeyd edək ki, istehlak kreditləri üzrə üstünlük kartlarda müşahidə olunur. Qeyd etdiyimiz kimi, son illər Azərbaycanda istehlak kreditlərinin davamlı olaraq artması müşahidə edilir. 2020-ci illə müqayisədə belə istehlak məqsədilə götürülən kreditlərin ümumi məbləği 3 dəfəyə yaxın artaraq bu ilin fevralında 8,5 milyard manata çatıb. Belə ki, 2020-ci ildə 14 milyard manatlıq ümumi kredit portfelinin 36 faizi və 25,7 faizi istehlak kreditlərinin payına düşürdü. Hazırda kreditlərin ümumi məbləği 5 ildə 2 dəfəyə qədər artaraq 27,5 milyard manata çatıb və bunun 8,5 milyard manatı istehlak kreditlərinin payına düşüb. Göründüyü kimi, istehlak kreditlərinin həm həcmi artıb, həm də ümumi kreditləşmədə payı. Kredit kartları üzrə borclanmanın sürətli artımı müşahidə olunur. Bu səbəbdən Azərbaycan Mərkəzi Bankı (AMB) istehlak kredit kartları üzrə borcun daha məsuliyyətli və sağlam idarə olunması üçün tənzimləyici tədbirləri sərtləşdirib. Yeni qaydalara əsasən, borcalanın kredit kartındakı limit onun vergi tutulduqdan sonra əldə etdiyi xalis gəlirin maksimum beş misli ilə məhdudlaşdırılır. Həmçinin, bu limit hesablanarkən borcalanın digər kredit təşkilatlarına qarşı olan öhdəlikləri də nəzərə alınır.

Bu qayda kredit bazarında nələri dəyişə bilər? İstehlak kreditlərinə qoyulan limitlərin mahiyyəti nədir? Vətəndaşlar bundan sonra hansı addımları ata bilər?

“İqtisadi və bank sistemi üçün bu, problemli kreditlərin artmasına səbəb olur, buna görə də Mərkəzi Bank məhdudiyyətlər tətbiq edir”

Bank sahəsi üzrə ekspert Əkrəm Həsənov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bir şəxsin kredit limiti onun xalis gəlirinin 5 mislindən çox ola bilməz: “Məlum məhdudiyyətin məqsədi odur ki, Mərkəzi Bank istehlak kreditlərinin həcmini azaltsın. Danılmaz faktdır ki, insanlar gözü yumulu banklara borclanır və ödəməkdə çətinlik çəkir. Bu səbəbdən də istehlak kreditlərinə limit qoyulacaq. Onu da deyim ki, Azərbaycanda istehlak kreditlərinin həcmi biznes kreditlərinə nisbətən çox yüksəkdir və insanlar yüksək faizlə kredit götürürlər, banklar isə bu vəziyyətdən qazanc əldə edir. İqtisadi və bank sistemi üçün isə bu, problemli kreditlərin artmasına səbəb olur. Buna görə də Mərkəzi Bank məhdudiyyətlər tətbiq edir”.

Günel CƏLİLOVA

Seçilən
3
baki-xeber.com

1Mənbələr