AZ

Pilotsuz təyyarələrlə mübarizə: Görün Rusiya hansı silahı sınaqdan keçirir

Rusiyada “Posox” proqramı çərçivəsində “LazerBuzz” tərəfindən hazırlanmış ən son kompakt lazer sistemi uğurla sınaqdan keçirilir.

Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, sınaqlar zamanı 100 metr məsafədən 10 millimetrlik polad lövhəni vurmaq mümkün olub.

Bildirilir ki, əvvəlki sınaqlarda bu silah cəmi bir saniyə ərzində dronu tamamilə sıradan çıxara bilib, həmçinin oxşar PUA-nın mühərrikini təxminən 500 metr məsafədə məhv etməyi bacarıb. Sistemin onlarla hədəfi məhv etməsi üçün bir akkumulyatorun doldurulmasının kifayət etdiyi və çox güman ki, dron əleyhinə silah kimi istehsal ediləcəyi də vurğulanır.

Seçilən
8
publika.az

1Mənbələr