AZ

Azərbaycan-Rusiya telekommunikasiya şirkəti ləğv olunur

“C-Ring Telecom” MMC ləğv olunduğunu elan edir.

FED.az xəbər verir ki, kreditorlar iki ay ərzində tələblərini AZ1095 Bakı şəhəri, Səbail rayonu, Bülbül prospekti, ev 11 ünvanına bildirə bilərlər.

Xatırladaq ki, C‑Ring Telecom MMC — Azərbaycan və Rusiya şirkətləri tərəfindən 5 oktyabr 2009‑cu ilin may ayında Bakı şəhərində təsis olunmuş birgə müəssisədir.  "C-Ring Telecom" MMC-nin təsisçiləri Azərbaycanın "Azərtelekom" MMC və Rusiyanın "Sinterra" QSC şirkətləridir. Hər iki tərəf nizamnamə kapitalında 50 faizlik paya malik olub.

20 min manat nizamnamə kapitalına malikdir. Qanuni təmsilçisi Kərimova Könül Dadaş qızıdır.

Seçilən
0
fed.az

1Mənbələr