AZ

İrəvanda insident: Paşinyanın partiyasından olan deputat oğlu ilə birləşib adam döydü

Ermənistanın hakim “Mülki müqavilə” fraksiyasından olan deputat Sergey Baqratyanın oğlu Şant Baqratyan İrəvanda baş verən davadan sonra İstintaq Komitəsinə aparılıb.

Publika.az “168.am” saytına istinadən bildirir ki, ata və oğul Baqratyan qanunsuz park edilmiş avtomobili çıxarmağı tələb edən vətəndaşı döyüblər.

Daxili İşlər Nazirliyindən “Sputnik Ermənistan”a verilən məlumata görə, hadisə ilə bağlı saxlanılan şəxslər var.

"Hadisənin üç iştirakçısı saxlanılaraq İstintaq Komitəsinə aparılıb", - idarədən bildirilib.

Bildirilir ki, saxlanılanlardann biri deputatın oğlu Şant Baqratyandır.

Seçilən
84
1
publika.az

10Mənbələr