AZ

Kadırovun 17 yaşlı oğluna yeni vəzifə həvalə edildi

Çeçenistan rəhbəri Ramzan Kadırovun 17 yaşlı oğlu Adam respublikadan Qəzza sakinlərinə humanitar yardımın kuratoru təyin edilib.

Publika.az xəbər verir ki, bu barədə Çeçenistanın Dini və İctimai Qurumlarla Qarşılıqlı Əlaqələr Departamenti öz Telegram kanalında məlumat yayıb.

Bu qərar dini və ictimai qurumlarla qarşılıqlı əlaqə departamentinin direktoru Aslan Abdulayevlə Çeçenistan rəhbərinin müşaviri Usman Baysultaov arasında keçirilən görüşdə qəbul edilib. Onlar Qəzza sakinlərinə humanitar yardımın göstərilməsi mexanizminin yaradılmasını müzakirə ediblər.

"Respublikamızın rəhbəri Ramzan Axmatoviç Kadırov müsəlmanlara bəla gələndə heç vaxt kənarda dayanmır. Onun şəxsi iştirakı və Fələstin xalqının taleyinə daim diqqət yetirməsi əsl qardaşlıq və mərhəmət nümunəsidir", - Abdulayev bildirib.

Seçilən
6
publika.az

1Mənbələr