"Santos"un hücumçusu Neymar Braziliya A Seriyasında "Yuventuda" ilə matçda (3:1) dubla imza atıb.
Fanat.Az xəbər verir ki, matçın 37-ci dəqiqəsində hesabı açan 33 yaşlı futbolçu 80-ci dəqiqədə penaltini dəqiq yerinə yetirərək tabloda yekun nəticəni əks etdirib.
Bu, Neymarın son iki iki il ərzində ilk dubludur. O, sonuncu dəfə 2023-cü ilin sentyabrında - Braziliya millisinin Boliviya ilə keçirdiyi matçda iki qol vurmuşdu.
Xatırladaq ki, Neymar bu ilin əvvəlində "Santos"a qayıdıb. O, bundan əvvəl Səudiyyə Ərəbistanı "Əl-Hilal"ında çıxış edib.
“Santos” 17 turdan sonra 18 xalla Braziliya çempionatının turnir cədvəlində 15-ci yerdədir. Komanda enmə zonasından cəmi üç xal uzaqdadır.
Mirağa