Təbriz VƏFALI
***
Əşşi, bu dünyanın qəribə işləri varmış. Vallahi də, billahi də camaat havayı, müftə pul qazanmaq üçün şeytana ayaqqabını tərs geyindirir. Hələ bu əcnəbilər var, ha, onlar şeytana papaq tikir, ortasına deşik qoyurlar.
Hələ Almaniyanın Münhen şəhərində yerləşən “Hermann Historica” hərrac evində faşist Almaniyasının diktatoru Adolf Hitlerin corabları və qalstuku, 1944-cü ildə bu liderə sui-qəsd cəhdindən sonra çəkilmiş rentgen rəsmi, reyxs-kansler Herman Goringin dizlik və dəri ayaqqabıları, Hitlerin həyat yoldasşı Yeva Braunun paltarları, Nürnberq məhkəməsinin qərarı ilə edam edilən jurnalist Yuliusa Ştrayxerin asıldığı kəndir hərraca çıxarılıb.
Əcnəbilər pop musiqsinin kralı Maykl Ceksonun məşhur “Ay rəqsi”ni (“moonwalk”) ilk dəfə ifa etdiyi parlaq corablarını hərracda 100 min dollardan baha satıblar.
MİA.AZ