AZ

Makronun həyat yoldaşı ilə bağlı xahişi gülüş doğurdu

Yazını böyüt
Yazını kiçilt

Fransa lideri Emmanuel Makron Ağ Evin rəhbəri Donald Trampla görüşü zamanı son dərəcə qeyri-adi tələb irəli sürüb: amerikalı jurnalistlərə onun həyat yoldaşı Bricit Makronun gender kimliyi ilə bağlı müzakirələri dayandırmağa təsir etmək tələbi.

Hafta.az xəbər verir ki, bunu jurnalist Kendas Ouens Taker Karlsona müsahibəsində deyib.

Müxbir Fransa prezidentinin həyat yoldaşının kişi olması ilə bağlı bəyanatları ilə tanınır.

Ouensin sözlərinə görə, Makron məsələni qaldırmaqdan ötrü Ağ Evdə Trampı kənara çəkib. Onun getməsindən bir neçə saat sonra jurnalistə "ABŞ prezidentinə çox yaxın olan" bir şəxs zəng edərək, "Bricitin cinsi mənsubiyyəti haqqında danışmağı dayandırmaq" tələbi ilə birbaşa müraciət edib.

Ouens vurğulayıb ki, bu vasitəçi tələbin Makron tərəfindən Ukraynada sülhün əldə olunması üçün şərt kimi irəli sürdüyünü izah edib.

Bundan əlavə, jurnalist Fransa dövlət başçısından təxminən 200 səhifəlik məhkəmə iddiası aldığını açıqlayıb. O, Yelisey sarayının birinci xanımının cinsi əlamətlərinə dair mübahisələrlə də bağlıdır.

Seçilən
1
1
hafta.az

2Mənbələr