AZ

Corcinanın bu paylaşımı "şübhə toxumu" səpdi: Ronaldo ilə gizli şəkildə...

"Əl-Nəsr"in hücumçusu Kriştiano Ronaldo və sevgilisi Corcina Rodriges evlilik barədə şayiələrin yayılmasına səbəb olublar.

Publika.az xəbər verir ki, Corcina sosial şəbəkələrdə bir neçə foto və video paylaşıb. Fotolarda o, incə çiyinbağları, ürək formalı dekoltesi və dar korsetli, üzərində solğun çəhrayı güllər olan ağ paltarda əks olunub. Görünüşünü zərif boyunbağı və açıq buraxılmış saçlar tamamlayır. İlk paylaşımda "Güllərlə dolu bir yay" qeydi yer alıb. Ardınca gələn videoda isə o, canlı musiqidən həzz alır, qızları Selin Dionun "My Heart Will Go On" mahnısını ifa edirlər. Videonun başlığı: "Dostluğu qeyd edirik. Yaxşı dostları olanların xəzinəsi var".

İzləyicilərin diqqətini çəkən əsas detal Corcinanın barmağındakı üzük olub və bu, evlilik ehtimalı ilə bağlı söz-söhbətləri alovlandırıb.

Təkcə geyimi və tədbirin şən ab-havası deyil, həm də fotoların çəkildiyi məkan diqqətdən yayınmayıb: işıqlarla bəzədilmiş bağ, çiçəklər, şamlar və romantik süfrə, ailənin canlı musiqi müşayiəti ilə keçirdiyi axşam. Hər şey xüsusi bir hadisə üçün təşkil olunmuş kimi görünür.

Daha bir detal isə izləyicilərin gözündən yayınmayıb: Corcinanın divanda əyləşdiyi fotoda yanında "C" və "G" hərfləri, yəni Kriştiano və Corcinanın adlarının baş hərfləri olan və ürəklə birləşdirilmiş yastıq diqqət çəkib. Bu görüntü, cütlüyün doqquz illik münasibətindən sonra səssiz və sadə bir evlilik mərasimi keçirdiyi barədə söz-söhbətləri gücləndirib.

Hələlik nə Corcina, nə də Kriştiano bu barədə rəsmi açıqlama verməyib. Amma sosial şəbəkələrdə paylaşılan detallı görüntülər izləyicilər arasında gizli toy ehtimalını daha da inandırıcı edib.

Publika.az

Seçilən
18
publika.az

1Mənbələr