Hind okeanının cənubunda (Avstraliya materikinin cənub-qərbində) yerləşən Heard adasında buzlaqın sürətlə əriməsi alimləri təşvişə salıb.
Bu barədə Editor.az “The Guardian”a istinadla yazır.
Alimlərin tapıntılarına görə, adanın buzlaqı son 70 ildə öz həcminin 25%-ni itirib. 1947-ci ildən 2019-cu ilə qədər adada temperatur 0,7°C artıb və bu müddət ərzində buz örtüyü sahəsi 289 km²-dən 225 km²-ə qədər azalıb. Ən əhəmiyyətli azalma Stivenson buzlaqında müşahidə olunur.
Qonşu Lourens yarımadasında buzlaqlar 10,5 kvadrat kilometrdən 2,2 kvadrat kilometrə qədər azalıb. Tədqiqatçılar böyük pinqvin koloniyalarının məskəni olan bu ərazilərdə biomüxtəlifliyin qorunması üçün istixana qazları emissiyalarının azaldılmasının çox vacib olduğunu deyirlər.
//Gülnarə Abasova, Editor.az