«Qəbələ» artıq rahat nəfəs ala bilər.
Klub rəhbərliyi Kaxaber Sxadadzenin ixtiyarında görmək istədiyi hücumçunu, nəhayət, Azərbaycana gətirə bilib.
O, fransalıdır və son olaraq İsraildə çıxış edib. Yeni forvard bu gün tibbi baxışdan keçəcək.
Sağlıq durumunda problem aşkarlanmasa, «qırmızı-qaralar» onunla 1+1 illik müqavilə imzalayacaq.
Bir ildən sonra Premyer Liqaya dönmüş əyalət təmsilçisi bu yay 4 legionerlə güclənib.
İsaak Amoah (son klubu “Atletiko Sanlukenyo”, İspaniya), Paulo Quimbila (son klubu "Əl-Əhli, Bəhreyn), Adriel Ba Loua (son klubu “Kan”, Fransa) və Eduardo Kunde ("Persis", İndoneziya) ilə müqavilə bağlanılıb.
SPORTİNFO.AZ