AZ

Meşə yanğınları şiddətləndi

ABŞ-ın Kaliforniya ştatında meşə yanğınları yenidən şiddətlənib.

AZƏRTAC-ın məlumatına görə, yanğın ştatın mərkəz hissəsində 26 400 hektar ərazini əhatə edib. Los-Padres milli meşəsində davam edən yanğına görə təxliyə əmri verilib. Qifford bölgəsindəki yanğına görə isə 450-dən çox tikili təhlükə altındadır.

Yanğının 3 faizi nəzarət altına alınıb, lakin daha isti, daha quru hava şəraitinə görə yanğının arealının böyüməsi proqnozlaşdırılır.

Hazırda bölgədə 1000-dən çox yanğınsöndürən təbiət hadisəsi ilə mübarizə aparır.

Seçilən
1
1
ekologiya.az

2Mənbələr