"Qarabağ" bu gün Çempionlar Liqasının III təsnifat mərhələsi çərçivəsində səfərdə "Şkendiya"nın qonağı olacaq.

Offsideplus.az xəbər verir ki, Qurban Qurbanovun yetirmələri öncəki turda İrlandiyanın "Şelburn" komandasını (3:0, 1:0) mübarizədən kənarlaşdırıb.

Ağdam klubunda bu görüşdə yalnız Dani Bolt iştirak etməyəcək. Marko Yankoviç isə artıq zədəsini sağaldıb.

Şimalı Makedoniyanın Skopye şəhərində keçiriləcək matç Bakı vaxtı ilə saat 22:00-da götürəcək.

UEFA Çempionlar Liqası

3-cü mərhələ, ilk oyun

5 avqust

22:00. “Şkendiya” (Şimali Makedoniya) - “Qarabağ” (Azərbaycan)

Hakimlər: İvan Kruzliaka, Branislav Hançko, Yan Pozor, Peter Kraloviç (Slovakiya)

“Todor Proeski” stadionu