"Fənərbaxça"dan ayrılan Miha Zayçın gələcəyinə aydınlıq gəlib.
Apasport.az xəbər verir ki, futbolçu karyerasını Xorvatiyada davam etdirəcək.
31 yaşlı yarımmüdafiəçi Zaqreb "Dinamo"su ilə anlaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Razılaşmaya əsasən, Miha ilə 2 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Sloveniya millisinin üzvü olan Zayç "Fənər"ə 2019-cu ildə "Empoli"dən 3,5 milyon avroya transfer olunmuşdu.
Aktürkoğlu zədələndi: Çempionlar Liqası matçını buraxacaq
Fabio Pisakane: “Semih xüsusi bir istedaddır”
“Qalatasaray” onu da komandada Saxladı
"Bayer"də yeni müqavilə
Qanalı yarımmüdafiəçi yenidən İspaniyada çıxış edə bilər