AZ

5 ildən sonra 25-44 yaşlı qadınların yarısı subay və övladsız olacaq – SENSASİON PROQNOZ

2030-cu ilə qədər 25-44 yaş arası qadınların təxminən 45 faizi həyat yoldaşı və övladı olmadan yaşayacaq.

Bizim.Media xəbər verir ki, bu barədə “Morgan Stanley”in analitikləri xəbərdarlıq ediblər.
 

Ekspertlər bu prosesi “subayların üsyanı” adlandırır və qeyd edirlər ki, getdikcə daha çox qadın ənənəvi ailə modelindən imtina edir.


Bu tendensiyanın əsas səbəbləri arasında aşağıdakılar göstərilir:

Maliyyə müstəqilliyi:
Müasir qadınlar öz maddi rifahlarını təmin edə bilir və bu, onlara ailə qurmaqdan imtina etmək imkanı verir.

Şəxsi sərbəstlik və özünü sübut etmək: Qadınlar nə istədiklərini daha yaxşı anlayır, karyera və şəxsi inkişaf onlar üçün prioritetə çevrilir.

Azad seçim hüququ: Cəmiyyətin dəyişən yanaşması fonunda qadınlar xoşbəxtliyin yalnız ailə və analıqla bağlı olmadığını qəbul edirlər.

Həyat tərzində dəyişikliklər: Təhsil, tez-tez yer dəyişdirmə və iş tempi ənənəvi ailə modelini yaşamağa vaxt və imkan vermir.

Texnologiyanın inkişafı: Təhsilə, psixoloji dəstəyə və gəlir əldə etməyə çıxışın asanlaşması subay qadınlara da dolğun həyat yaşamağa imkan verir.

Tədqiqatçılar bildirirlər ki, bu tendensiya artıq mənzil bazarına, moda sənayesinə, istehlak mədəniyyətinə və hətta siyasətə təsir göstərməyə başlayıb.

Bizim.Media

Seçilən
20
2
bizim.media

3Mənbələr