ain.az, Olke.az saytına istinadən bildirir.
Beyniniz isti havada zədələnir və xəstəliklərə yol açır.
Ölkə.Az xəbər verir ki, bu barədə İngiltərədəki Nevrologiya İnstitutunda araşdırma aparılıb.
Tədqiqat, iqlim dəyişikliyi ilə şiddətlənən istilik dalğalarının epilepsiya, insult, ensefalit, dağınıq skleroz (MS), miqren və demans da daxil olmaqla bir çox nevroloji pozğunluğu tətiklədiyini üzə çıxarıb.
Araşdırma çərçivəsində insult, miqren, altsheymer, meningit, epilepsiya və dağınıq skleroz (MS), həmçinin narahatlıq, depressiya, şizofreniya və digər psixiatrik xəstəliklər də daxil olmaqla 19 müxtəlif sinir sistemi xəstəliyi tədqiq olunub.
Məlum olub ki, bir çox nevroloji vəziyyətlər istilik və rütubətin artması ilə daha da pisləşir. Gecə temperaturunun yüksəlməsi yuxunu poza bilər ki, bu da bəzi nevroloji pozğunluqları oyada bilər.
Araşdırma barədə danışan türkiyəli nevroloq professor Talip Asil deyib ki, beyin hüceyrələri istiliyə son dərəcə həssasdır və bioloji sistemlər sabit temperatura uyğun işləyir. Həkimin sözlərinə görə, dayanıqlılıq həddini çox aşan beyində nevroloji narahatlıqlar başlayır:
“Miqren tutmaları xüsusilə isti havalarda tez-tez olur. Epilepsiya və insult kimi xəstəliklərin tezliyi, hipertoniya xəstələrində beyin qanaması riski artır. Gecə temperaturunun artması yuxu keyfiyyətini pisləşdirə və bir çox nevroloji xəstəliklərin gedişatını pisləşdirə bilər. İqlim dəyişikliyinin səbəb olduğu həddindən artıq istilər beyinə əlavə stress yaradır və neyrodegenerativ xəstəliklərə yol açır.
Bundan əlavə, yüksək temperaturlar beyni qoruyan maneənin keçiriciliyini artırır, toksinlərin, bakteriyaların və virusların beyin toxumasına keçmə riskini artırır”.
Professor əlavə edib ki, 2050-ci ilə qədər altsheymer xəstələrinin sayı üç dəfə artacaq:
“Bu rəqəmlər iqlim böhranı nəzərə alınmadan baş verəcək. Hətta bir dərəcə selsi artımı belə altsheymer və parkinson kimi xəstəliklərin artmasına səbəb ola, fosil yanacaqların davamlı yanması daha çox demans yarada bilər”.
Billurə Yunus
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.