AZ

“2025 2026 cı ildə rəqabət daha da güclənəcək” EKSPERT

ain.az, Gununsesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

2025-2026-cı tədris ili üzrə qəbul prosesi abituriyentlərin diqqət mərkəzindədir.

Plan yerlərinin sayı artsa da, nəticələr və rəqabət səviyyəsi müxtəlif istiqamətlərdə dəyişkənlik göstərir.

Ali təhsil müəssisələri üçün 60 mindən çox plan yeri ayrıldığı halda, bu dəyişikliklər ixtisaslar üzrə keçid ballarına necə təsir göstərəcək?

Mövzu ilə bağlı Gununsesi.info–ya açıqlamasında elm və təhsil eksperti Rizvan Fikrətoğlu qeyd edib ki, plan yerləri artsa da, bu il yüksək bal toplayan abituriyentlərin sayı da az deyil:

“Üçüncü ixtisas qrupunda isə ən yüksək nəticələr nəzərə çarpır. Bu qrupda bəzi ixtisaslarda artım gözlənilir. Yəni, ən azı 5-10 ballıq artım müşahidə olunacaq. Hətta bəzi ixtisaslarda ballar 50-ə qədər yüksələ bilər. Ümumilikdə, 2025-2026-cı tədris ilində üçüncü ixtisas qrupunda əvvəlki illərlə müqayisədə rəqabətin daha yüksək olacağı proqnozlaşdırılır.

Digər ixtisas qruplarında — birinci, ikinci və dördüncü — isə daha çox əmək bazarının tələbinə uyğun ixtisaslarda rəqabətin artacağı gözlənilir. Xüsusilə dördüncü ixtisas qrupunda biotexnologiya, tibb və stomatologiya sahələrində keçid ballarının yüksəlməsi ehtimal olunur.

Beşinci ixtisas qrupunda qəbul prosesi birbaşa buraxılış imtahanlarının nəticələrinə əsaslandığı üçün burada da balların artması mümkündür. Bundan başqa, dizayn sahələrinə, məsələn, təsviri sənət və qrafik dizayna maraq artmaqdadır ki, bu da balların yüksəlməsinə səbəb ola bilər”.

Ekspert qeyd edib ki, ümumi statistik proqnozlar və ehtimallar namizədləri çaşdırmamalıdır:

“Məsələn, 300 bal toplamısınızsa, qəbul şansınız realdır, yaxud ən azı 200 bal varsa, qəbul şansınız mümkündür. Seçim prosesində uğur qazanmaq üçün həm yüksək bal toplamaq, həm də düzgün ixtisas seçmək vacibdir”-deyə ekspert fikirlərini yekunlaşdırıb.

Şəbnəm Rəhimova

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
42
icma.az

1Mənbələr