AZ

Ana südünün keyfiyyəti ananın yediyi yeməklərdən və qəbul etdiyi mayedən asılıdır - Flora Hüseynova

Bakı.Trend:

Doğuşdan dərhal sonra pəhriz saxlamaq doğru və sağlam yanaşmadeyil. Doğuşdan sonrakı dövr, yəni postpartum dövr qadın bədəniüçün həm fiziki, həm də psixoloji baxımdan çox həssas və incə birmərhələdir.

Trend xəbərverir ki, bu fikirləri 93 FM dalğasında yayımlanan “Sağlam radio”damama-ginekoloq Flora Hüseynova açıqlayıb.

Onun sözlərinə görə, bu dövrdə əsas prioritet bədənin sağalması,enerji balansının bərpası və körpəyə baxmaq üçün ananın güclüolması, sürətli şəkildə arıqlamaq və ya əvvəlki bədən ölçüsünəqayıtmaq deyil:

“Əvvəla, doğuşdan sonra qadın orqanizmində ciddi dəyişikliklərbaş verir. Qan itkisi, hormon dəyişiklikləri, yuxusuz gecələr,südvermə və ümumi yorğunluq – bunların hamısı bədəni əlavə yükaltına salır. Belə bir dövrdə kalori və qida qəbuluməhdudlaşdırılsa, nəticədə anemiya, halsızlıq, immun sisteminzəifləməsi, südün miqdarının və keyfiyyətinin azalması kimifəsadlarla qarşılaşmaq mümkündür.

Xüsusilə körpəsini əmizdirən analar üçün qidalanma daha daönəmlidir. Çünki ana südü körpənin tək qidasıdır və bu südünkeyfiyyəti, miqdarı birbaşa ananın yediyi yeməklərdən və qəbuletdiyi mayedən asılıdır. Sürətli arıqlamaq üçün tətbiq olunan azkalorili, balanssız pəhrizlər süd istehsalını azalda bilər,nəticədə körpə kifayət qədər qida ala bilməz və inkişafdageriləmələr yarana bilər”.

F.Hüseynova bildirib ki, qadınların doğuşdan dərhal sonraarıqlamaq istəyi, çox zaman cəmiyyətin yaratdığı təzyiqlərlə və yasosial şəbəkələrdə gördükləri “tez forma qayıdan analar” obrazlarıilə əlaqəlidir:

“Amma unudulmamalıdır ki, hər bir bədən fərqlidir və doğuşdansonrakı bərpa prosesi zaman və səbirlə aparılmalıdır. Qısa müddətdəsürətli çəki itkisi uzunmüddətli sağlamlıq problemlərinə səbəb olabilər. Bəs nə etmək lazımdır? Doğuşdan sonrakı ilk 6 həftə – yəni,“postpartum adaptasiya dövrü” əsasən bədənin sağalmasına həsrolunmalıdır. Bu mərhələdə qadın balanslı və müxtəlif qidalarlaqidalanmalı, bol maye qəbul etməli, özünü yormamalı, amma bədəninidinləyərək, yüngül fiziki fəaliyyətlərə başlayacaq qədər də aktivqalmalıdır. Gəzintilər, nəfəs məşqləri və sadə ev hərəkətləri həmbədəni hərəkətə gətirir, həm də emosional rahatlama verir”.

Mama-ginekoloq qeyd edib ki, bu, doğuşdan sonra qidalanmanınönəmsiz olduğu anlama gəlməməlidir:

“Əksinə – sağlam və balanslı qidalanma olduqca vacibdir. Ammaməqsəd “arıqlamaq” deyil, “sağlam qalmaq”, “güclü olmaq” və“körpəni dəstəkləmək” olmalıdır. Doğru qidalanma və tədricən artanfiziki aktivlik nəticəsində artıq çəkilər zamanla – sağlam şəkildə– yox olacaq”.

Seçilən
48
3
az.trend.az

4Mənbələr