AZ

İranda zəlzələ baş verib

İranın cənubunda yerləşən Kirman əyalətində 5,4 bal gücündə zəlzələ baş verib.

"Cebheinfo.az" xəbər verir ki, Tehran Universitetinin Seysmologiya Mərkəzinin verdiyi məlumata görə, zəlzələnin episentri Kirman əyalətinə bağlı Zehkelut şəhəri olub və yerli vaxtla saat 08:36-da qeydə alınıb.

Zəlzələ yerin 28 kilometr dərinliyində baş verib. Hadisə nəticəsində insan tələfatı olub-olmadığı barədə hələ məlumat verilməyib.

Seçilən
50
cebheinfo.az

1Mənbələr