Diplomatın sözlərinə görə, avqustdan sonra Aİ bu məsələ ilə bağlı konkret addımlar atmağı planlaşdırır: "Biz dialoq və konkret tədbirlər istəyirik," - deyə o qeyd edib.
Qərb mediasında yayılan məlumatlara əsasən, Çin istehsalı olan PUA mühərrikləri guya sənaye soyuducu qurğular adı altında Rusiyaya göndərilir və bu yolla Qərb sanksiyalarından yayınmağa çalışılır.
Xatırladaq ki, Ukraynada müharibə başlayandan sonra ABŞ və Aİ Rusiyanın müdafiə-sənaye kompleksinə dəstək verdiyi iddiası ilə bir sıra Çin şirkətlərinə qarşı sanksiyalar tətbiq etmişdi. Çin isə bu ittihamları əsassız adlandıraraq, onları qətiyyətlə rədd edir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31