"Sabah" BK mövsümlərarası fasilədə növbəti transferini reallaşdırıb. Fransa millisinin 27 yaşlı basketbolçusu, 207 sm boya malik Jan-Mark Pansa ilə 2 illik müqavilə imzalanıb. Ağır forvard mövqeyində çıxış edən Pansa son olaraq Fransanın Betclic ELITE ProA liqasının iştirakçısı "JL Bourg en Bresse" komandasında oynayıb. Orada keçirdiyi 34 oyunda orta hesabla 7.3 xal və 3.9 ribaund toplayaraq komandasına yarmfinala yüksəlməyə kömək edib. Pansa həmçinin Eurocup turnirində 18 oyunda çıxış edərək, 8.1 xal, 3.7 ribaund və 1.1 blok ortalaması ilə oynayıb. 2023–2024 mövsümündə Fransanın digər komandası "Boulazac Basket" (ProB) üçün çıxış edib. Pansa 2024-cü ildən Fransa milli komandasına çağırılır.O, daha əvvəl Fransada "Olympique Antibes", "Pole France", "JSF Nanterre" və "Nanterre" komandalarında da çıxış edib.Karyerası ərzində bir sıra mükafatlara layiq görülən Jan-Mark 2024-cü ildə Fransanın ProB liqasında final seriyasında çıxış edib. Həmin il Eurobasket.com tərəfindən Fransanın ProB liqasında "ilin ən yaxşı yerli oyunçusu" seçilib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta