"Fənərbağça"dan ayrılan Miha Zaytsın yeni klubu məlum olub.
Offsideplus.az xəbər verir ki, sloveniyalı futbolçu karyerasını Xorvatiyada davam etdirəcək. Zaqreb "Dinamo"su onu heyətinə cəlb edib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
31 yaşlı yarımmüdafiəçi 2019-cu ilin yanvarından "Fənərbağça"da çıxış edirdi. O, İstanbul nəhəngində 123 oyuna çıxıb və 20 qol vurub.