AZ

Tramp: Hindistan Rusiya neftindən qazanc götürür, tarifləri artıracağam

ABŞ prezidenti Donald Tramp Hindistanın Rusiyadan neft idxalı ilə bağlı yeni açıqlama verib.

Turkustan.az xəbər verir ki, Tramp “Truth Social” sosial media platformasında “Hindistanın Ukraynada Rusiya döyüş maşınının nə qədər insanın həlak olmasının vecinə deyil” deyib.

ABŞ prezidenti Hindistanın ödədiyi verginin əhəmiyyətli dərəcədə artırılacağını bildirərkən, Hindistanın təkcə neft idxal etmədiyini, həm də aldığı nefti yüksək gəlirlə satdığını bildirib.

Hindistan iddia edib ki, ABŞ prezidenti Donald Trampın Yeni Dehli üçün tarifləri “əhəmiyyətli dərəcədə” artıracağını dedikdən sonra Vaşinqton administrasiyası Rusiya-Ukrayna müharibəsinin ilkin mərhələsində Hindistanı Rusiyadan neft idxal etməyə təşviq edib.

Hindistan Xarici İşlər Nazirliyinin sözçüsü Randhir Jaisval Trampın Yeni Dehli hökumətinə tarifi "əhəmiyyətli dərəcədə" artıracağını açıqladıqdan sonra X hesabında yazılı açıqlama verdi.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
7
1
turkustan.az

2Mənbələr