Bu sürücülər cərimələnəcək -
Baş Dövlət Yol Polisi İdarəsi avtomobilinin nömrəsi oxunmaz halda olan sürücülərə müraciət edib.İdarədən Metbuat.az-a bildirilib ki, nəqliyyat vasitələrinin dövlət nişanlarının oxunmaz hala düşməsi qayda pozuntusu hesab edilir. Həmin sürücülər İnzibati Xətalar Məcəlləsinin 342-ci maddəsinə əsasən cərimə olunacaqlar.