AZ

"Fənərbaxça" ulduz futbolçunu transfer edir

"Benfika"dan Kerem Aktürkoğlunu transfer etməyə çalışdığı bildirilən "Fənərbaxça" daha bir türk futbolçunu heyətə cəlb etmək üçün hərəkətə keçib. Metbuat.az xəbər verir ki, "Fənərbaxça"nın “İnter”in futbolçusu Hakan Çalhanoğlunun xidmətində maraqlı olduğu iddia edilib. “Sports Media Set”in xəbərinə görə, "Fənərbaxça" futbolçu üçün təklif irəli sürüb. Bildirilir ki, "Fənərbaxça" Çalhanoğlu ilə müqavilə imzalaya bilməsə, "Yuventus"da çıxış edən Duqlas Luizi transfer etmək istəyir. Bundan əvvəl, "Qalatasaray"ın da Hakan Çalhanoğlunun xidmətində maraqlı olduğu barədə xəbərlər dərc edilmişdi.

Qeyd edək ki, Hakan Çalhanoğlu ötən mövsüm "İnter"in heyətində 47 matçda forma geyinib. Yarımmüdafiəçi 11 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.

Seçilən
3
metbuat.az

1Mənbələr