AZ

Trampın Putinə verdiyi möhlət bitir: Bu ölkənin prezidenti ilə danışdı

Finlandiya prezidenti Alesander Stubb Ağ Ev rəhbəri Donald Trampla telefon danışığı aparıb.

Turkustan.az xəbər verir ki, söhbətin mövzularından biri də Rusiyanın Ukraynaya qarşı müharibəsi olub. Bu barədə Stubb özünün “X” hesabında yazıb.

Finlandiya prezidenti Trampla söhbətini “yaxşı və məhsuldar” adlandırıb.

"Biz Rusiyanın Ukraynadakı işğalçı müharibəsini müzakirə etdik. Prezident Trampın atəşkəs üçün verdiyi son tarix yaxınlaşır", - Stubb deyib.

O əlavə edib ki, Finlandiya dərhal atəşkəs əldə etməyə yönəlmiş bütün səyləri dəstəkləyir.

Prezidentlər həmçinin müttəfiqlər arasında təhlükəsizliyin və əməkdaşlığın təmin edilməsində mühüm rol oynayan buzqıran gəmilər məsələsini də müzakirə ediblər.

"Finlandiya dünyada bütün buzqıran gəmilərin 60 faizini hazırlayıb. Bizim onları etibarlı və tez qurmaq imkanımız var", - o əlavə edib.

Xatırladaq ki, iyulun 28-də Tramp Moskvanın Ukraynada müharibənin dayandırılmasında irəliləyiş nümayiş etdirməyəcəyi təqdirdə ABŞ-ın 10 gün ərzində Rusiyaya qarşı tariflər və digər tədbirlər tətbiq etməyə başlayacağını bildirmişdi./publika.az/

Seçilən
0
2
turkustan.az

3Mənbələr