Yazını böyüt
Yazını kiçilt
Kerem Aktürkoğlunun keçidini tamamlamağa çalışan "Fənərbağça" rəhbərliyi "Benfika"nın son tələbi qarşısında çıxılmaz vəziyyətə düşüb.
Hafta.az xəbər verir ki, "sarı-lacivərdlər" futbolçu ilə şəxsi razılıq əldə etsələr də, "Benfika" rəhbərliyini transfer üçün razı salmaq çətinləşib.
Belə ki, portuqaliyalılar əvvəlcə 25 milyon avro tələb edirdilər, lakin artıq oyunçu üçün sərbəstqalma dəyərinin ödənilməsini tələb edirlər. Bu məbləğ isə 60 milyon avrodur.
Türkiyə mediasında yer alan bəzi xəbərlərə görə, artıq "Benfika" rəhbərliyi danışıqları dayandırmaq barədə düşünür. /"SporX"/