Bakı. Trend:
Sərhədlərarası ticarət və nəqliyyat əlaqəliliyi indeksinin(CBTTFI) son təhlilinə əsasən, Azərbaycanın sərhədində yerləşən“Qırmızı körpü” buraxılış məntəqəsi yüksək səmərəlilik nümayişetdirib.
Trend xəbər verirki, bu barədə Asiya İnkişaf Bankının (AİB) yeni hesabatındadeyilir.
Ümumi bal 71 faiz təşkil edib ki, bu da regionda təhlil edilənaltı sərhəd-keçid məntəqəsi arasında ən yaxşı nəticələrdənbiridir.
Azərbaycan məntəqəsinin ən üstün cəhətləri aşağıdakıkateqoriyalarda qeydə alınıb:
- gömrük prosedurları və rəsmiyyətləri — 79 faiz;
- gömrük orqanları arasında əlaqələndirmə — 77 faiz;
- tranzit infrastrukturunun dəstəklənməsi — 64 faiz.
Təhlil çərçivəsində, həmçinin, Gürcüstan, Özbəkistan, Pakistanvə Türkmənistanda yerləşən məntəqələr də araşdırılıb. Ən yüksəkümumi balı Özbəkistanda yerləşən “Yallama” məntəqəsi toplayıb — 77faiz, Pakistanın “Torkham” məntəqəsi isə gömrük əlaqələndirməsi (88faiz) və tranzit dəstəyi (82 faiz) üzrə lider olub.Türkmənistandakı məntəqələr isə nəqliyyat tənzimlənməsi sahəsindəən yüksək — 100 faiz göstəriciyə sahibdir.