AZ

BFB-də investisiya şirkətlərinin dövriyyəyə görə reytinqi açıqlandı

2025-ci ilin yanvar-iyul aylarında Bakı Fond Birjasında (BFB) dövriyyənin həcmi 40 milyard 254.7 milyon manata yüksəlib.

Banker.az xəbər verir ki, investisiya şirkətlərindən lider “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC liderdir. Şirkət bu dövrdə ümumilikdə 26.6 milyard manatdan çox dövriyyə formalaşdırıb. Şirkət, xüsusilə repo əməliyyatlarında 21.7 milyard manatla bazarda üstün mövqe tutub. Dövlət istiqrazlarında 3.24 milyard manat, korporativ istiqrazlarda isə 989 milyon manatlıq əməliyyat həyata keçirib.

Ən çox əməliyyat sayı da “PAŞA Kapital”a aiddir – bu göstərici 4,660 olub.

İkinci yerdə “ABB İnvest” qərarlaşıb. Şirkət 20.8 milyard manatlıq əməliyyat dövriyyəsi edib. Burada əsas pay dövlət istiqrazlarına (3.22 milyard manat) və repoya (17.36 milyard manat) aiddir. Əməliyyat sayı 15 951-dir.

Üçüncü yerdə isə “Assist Finance” gəlir. Şirkətin ümumi əməliyyat həcmi 3 milyard manata yaxın olub. Bu göstəricinin 695 milyon manatı korporativ istiqrazlara, 2.1 milyard manatı isə repo əməliyyatlarına aiddir.

Seçilən
42
banker.az

1Mənbələr