Operativ MM portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
ABŞ Federal Fövqəladə Halların İdarə Olunması Agentliyi (FEMA) yeni qaydalar tətbiq edərək fövqəladə hallar fondundan istifadə ilə bağlı tələbləri sərtləşdirib.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, yenilənmiş təlimata əsasən, İsrailə və ya İsrail şirkətlərinə qarşı boykot tətbiq edən ştat administrasiyaları 1,9 milyard dollar məbləğindəki fövqəladə hallar fondundan məhrum edilə bilər.
Yeni təlimata görə, İsrailə qarşı hər hansı iqtisadi və ya siyasi boykot siyasəti həyata keçirən ştatların fondları dayandırılacaq.
Bu qərar Tramp administrasiyası tərəfindən qəbul edilib və bəzi demokrat dairələrdə bu addım "siyasi qərar" kimi dəyərləndirilib.
Qeyd edək ki, ABŞ-də İsrailə qarşı boykota qarşı tədbir görən ilk ştat 2015-ci ildə Tennessee olmuşdu. Həmin ilin sonunda South Carolina və Illinois da eyni mövqe sərgiləmişdi.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.