AZ

Kadırovun 17 yaşlı oğlu daha bir vəzifəyə TƏYİN EDİLDİ

Çeçenistan rəhbəri Ramzan Kadırovun oğlu, 17 yaşlı Adam Kadırov Qəzza sakinlərinə humanitar yardımın göstərilməsi üzrə respublikanın kuratoru təyin edilib.

Turkustan.az xəbər verir ki, bu barədə respublikanın dini və ictimai qurumları ilə qarşılıqlı əlaqə idarəsinin "Telegram" kanalında məlumat verilib.

Qeyd edək ki, Ramzan Kadırovun kiçik oğlu Adam 15 yaşında Çeçenistan Təhlükəsizlik Şurasının katibi vəzifəsinə təyin olunub.

2024-cü ilin aprelində Adam Kadırov Qudermesdəki Putin adına Rusiya Xüsusi Təyinatlı Qüvvələri Universitetinin kuratoru, 2025-ci ilin aprelində isə Çeçenistan Daxili İşlər Nazirliyinin kuratoru olub./Bizim.Media

Seçilən
9
2
turkustan.az

3Mənbələr