AZ

ABŞ-a giriş 15 min dollar olur: Kimlərə şamil ediləcək?

ABŞ Dövlət Departamenti müəyyən ölkələrdən olan əcnəbilərdən turist və biznes vizaları üçün 15 min dollara qədər depozit qoymağı tələb edən pilot proqrama başlayır.

Publika.az xəbər verir ki, bu barədə “CBS News” məlumat yayıb.

ABŞ prezidenti Donald Tramp ikinci prezidentlik müddətinə əcnəbilərin ölkəyə girişinə nəzarəti gücləndirmələ başlayıb. Məhz onun əmrinə əsasən, Xəzinədarlıq Departamenti, Dövlət Departamenti və Daxili Təhlükəsizlik Departamentindən viza bağlama mexanizmi yaratmaq tələb olunurdu.

Buna görə də ABŞ tezliklə müəyyən ölkələrdən olan turistlərdən və işgüzar səyahətçilərdən viza almaq üçün 15 000 dollara qədər nağd depozit ödəməyi tələb edən pilot proqrama başlamağı planlaşdırır.

ABŞ Dövlət Departamenti yaxın günlərdə Federal Reyestrdə müvafiq bildiriş dərc edəcək.

Dövlət Departamenti bu təşəbbüsü ABŞ-ın milli təhlükəsizliyini dəstəkləyəcək “diplomatik alət” adlandırır.

Proqram Federal Reyestrdə rəsmi dərc edildikdən 15 gün sonra başlayacaq və 2026-cı ilin avqust ayına qədər davam edəcək.

Yenilik yalnız B-1 (işgüzar səyahət) və B-2 (turizm) kateqoriyalı qeyri-immiqrasiya vizalarına müraciət edən əcnəbilərə şamil ediləcək.

Seçilən
19
publika.az

1Mənbələr