Bakı. Trend:
Beş mikro və kiçik sahibkara Kiçik və Orta Biznesin İnkişafıAgentliyi (KOBİA) tərəfindən “Startap” şəhadətnaməsi verilib.Bununla da “Startap” şəhadətnaməsi almış sahibkarların sayı 220-yəçatıb.
“Startap” şəhadətnaməsinin verilməsi üzrə Ekspertlər Şurasınınnövbəti iclasında KOB subyektlərindən daxil olmuş 14 müraciətəbaxılıb. Şuranın qərarına əsasən "Steamland Factory" MMC-nin süniintellekt sistemləri üçün məlumat (data) infrastrukturu xidməti,"Mənzil Park" MMC-nin yaşayış kompleksləri və binalarınidarəedilməsi üçün onlayn platforması, "Nooshcard" MMC-nin işçiheyəti üçün rəqəmsal yemək kartı həlli, "Adscreen" MMC-nin taksisərnişinləri üçün rəqəmsal reklam platforması və "Onrepetitor"MMC-nin onlayn tədris və hazırlıq platforması layihələrinə“Startap” şəhadətnamələri verilib.
“Startap” şəhadətnaməsi KOB subyektlərini şəhadətnamənialdıqları tarixdən etibarən innovasiya fəaliyyətindən əldəetdikləri gəlirlər üzrə mənfəət və ya gəlir vergisindən 3 ilmüddətinə azad edir.
Layihələri inkişaf mərhələsində olan mikro və kiçik sahibkarlıqsubyektləri “Startap” şəhadətnaməsi üçün KOBİA-ya müraciət edəbilərlər. Müraciət üçün ərizə forması və lazım olan digər sənədlər,eləcə də müvafiq meyarlarla bağlı ətraflı məlumatla https://smb.gov.az/az/nav/startap-sehadetnamesikeçid linki vasitəsilə tanış olmaq olar. Həmçinin, “Startap”şəhadətnaməsi ilə bağlı sualı olan KOB subyektləri KOBİA-nın 131Çağrı Mərkəzinə müraciət edə bilər.