İspaniyanın “Real Sosyedad” klubu heyətini yeni transferini açıqlayıb.
İdmanxeber.az-ın məlumatına görə, komanda “Vulverhempton”dan Qonsalu Qedeşi heyətinə qatıb. Portuqaliyalı yarımmüdafiəçi ilə 4 illik sözləşmə bağlanıb.
Portuqaliya millisinin də üzvü olan Qedeş daha əvvəl İspaniyada “Valensiya” və “Vilyarreal”, ölkəsində “Benfika”da çıxış edib.