AZ

İsrailli ravvin: “Qəzzada bütün uşaqlar acından ölməlidir”

Yazını böyüt
Yazını kiçilt

İsrail yəhudi ruhanilər Qəzza zolağında dinc əhaliyə qarşı soyqırım çağırışlarını davam etdirirlər.

Hafta.az-ın yazdığına görə, tanınmış israilli ravvin Ronen Şaulov bu yaxınlarda verdiyi açıqlamada Qəzza zolağında uşaqların acından ölməli olduğunu bildirib. Şaulov deyib: "Bütün Qəzzada olan hər bir uşaq acından ölməlidir. Ölkəmizdə insanların, hətta Qəzzada aclıq çəkən uşaqlardan danışması ayıbdır. Bu insanların oktyabrın 7-də yaşadıqlarımızı bir neçə ay ərzində unutması ayıbdır. Bütün Qəzzadakı hər bir uşaq acından ölməlidir. Bir vaxtlar orada yaşayan və indi tək uşaq sahibi olan qəzzalılar artıq yoxdur”.

Qeyd edək ki, İsrailin Qəzza zolağının blokadası səbəbindən aclıq davam edir.

Fələstinin Səhiyyə Nazirliyi son 24 saatda bölgədə daha 5 nəfərin aclıqdan öldüyünü açıqlayıb. Bu son ölümlərlə Qəzza zolağında 7 oktyabr 2023-cü ildən bəri aclıqdan ölənlərin sayı 93-ü uşaq olmaqla 180-ə yüksəlib.

Bu rəqəmlər xəstəxanaya çatanları əks etdirir. Evlərində sıxışıb acından ölənlərin dəqiq sayı məlum deyil.

Seçilən
2
hafta.az

1Mənbələr