AZ

Braziliya Belemdəki otellərdə kəskin qiymət artımı fonunda COP30-u başqa yerə köçürmək təklifini rədd edir  

Braziliya hökuməti Amazon şəhərində artan yaşayış qiymətləri ilə bağlı bu ilin noyabr ayına planlaşdırılan qlobal COP30 iqlim sammitini Belemdən başqa yerə köçürmək çağırışlarına müqavimət göstərir. AZƏRTAC xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat verib.

COP30-un prezidenti Andre Korrea do Laqo jurnalistlərə bildirib ki, liderlərin sammiti Belemdə olacaq və heç bir “B” planı yoxdur.

Konfrans ərəfəsində iqlim siyasətindən daha çox logistika ilə bağlı narahatlıqlar gündəmə çıxarılıb. İnkişaf etməkdə olan ölkələrin nümayəndələri hotel qıtlığı fonunda Belemdə qonaqlama qiymətlərini ödəyə bilməyəcəkləri barədə xəbərdarlıq edirlər. Buna cavab verən Korrea do Laqo deyib ki, keçən həftə bir neçə ölkənin nümayəndələri BMT-nin iqlim bürosunda fövqəladə iclas zamanı konfransı başqa yerdə keçirmək üçün Braziliyaya təzyiq göstəriblər. Bu, UNFCCC kimi tanınan BMT-nin iqlim katibliyinə aylardır Belemdə qiymət və hotel otaqları qıtlığı ilə bağlı qaldırılan davamlı narahatlıq mesajları axınına səbəb olub.

Keçən ay COP bürosunun eyni iclasında UNFCCC iştirakçılara bildirib ki, Braziliya hökumətinə COP30-un bəzi tədbirlərinin, o cümlədən dövlət və hökumət başçıları toplantısının başqa şəhərdə təşkili ilə bağlı təklif verib, amma bu ideya qəbul olunmayıb.

Braziliyanın COP30 Sədrliyinin bəyanatında deyilir ki, iqlim konfransına ev sahibliyi edən ölkə şəhərin dəyişdirilməsi ilə bağlı heç bir müzakirə aparmır və hökumət “hərtərəfli, əhatəli və əlçatan iqlim konfransı keçirmək öhdəliyini təkrarlayır”.

Hökumət rəsmisi “Reuters”ə bildirib ki, məsuliyyət və yaxşı təcrübələrə ehtiyacı gücləndirmək üçün otellər, ev sahibləri və daşınmaz əmlak agentlikləri ilə daimi əlaqə saxlayır, lakin Braziliya qanunları rəsmi orqanların sərbəst danışıqlarla idarə olunan bir prosesə müdaxiləsinə icazə vermir.

Ötən həftənin sonunda yayılan məlumatda qeyd edilib ki, Belemdə otel rezervasiyası üçün 2 mindən çox iştirakçı növbə gözləyir. Bir gecəlik qonaqlama qiymətləri isə 360 dollardan 4400 dollara qədərdir.

Seçilən
7
2
azerbaijan-news.az

3Mənbələr