Birləşmiş Millətlər Təşkilatının Baş Katibi Antonio Quterres təşkilatda əsas dəyişiklikləri elan edərək, büdcəsini 700 milyon dollardan çox azaldıb və 3000-ə yaxın əməkdaşını ixtisar edəcəyini bildirib.
Bu barədə “Bloomberg” məlumat yayıb.
BMT islahatı təşkilatın ən böyük donoru olan ABŞ-ın dəstəyini geri çəkdiyi üçün planlaşdırılıb.
Quterreşin planı xərclərin və məşğulluğun 20% azaldılmasını nəzərdə tutur ki, bu da hazırda 3,7 milyard dollar olan büdcənin 2018-ci ildən bəri ən aşağı səviyyədə olmasına gətirib çıxaracaq. Bundan əlavə, təxminən 3000 iş yeri ixtisar ediləcək.
Rəsmi olaraq islahat proqramı ABŞ-ın yeni administrasiyası ilə deyil, BMT-nin yaradılmasının 80 illiyi ilə bağlıdır. Amma ixtisarların miqyası, təşkilatın büdcəsinin ənənəvi olaraq 22%-ni təşkil edən ABŞ dəstəyinə olan təhlükəni əks etdirir.
Almaz Həsənli