La Liqada yeni mövsüm avqustun 15-də başlayacaq.

Offsideplus.az xəbər verir ki, "Real Madrid" baş məşqçisi Xabi Alonso rəhbərliyi altında yeni sezona hazırlaşır.

"Kral klubu" bu yay heyətini Din Heysen, Trent Aleksandr Arnold, Alvaro Karreras və Franko Mastantuono ilə gücləndirib.

İspaniyalı mütəxəssi daha 2 yeni transfer istəyir. Bu transferlərdən biri Rodriqo ayrılsa, baş tutacaq.

Lakin braziliyalı futbolçu Madrid təmsilçisindən ayrılmağı düşünmür. O, klubda qalmağı planlaşdırır.

İspaniya nəhəngi Ferlan Mendini də göndərməyi düşünür. Lakin fransalı futbolçu Rodriqo kimi ayrılığı düşünmür. O, Alvaro Karreras və Fran Qarsiya ilə rəqabət aparmağa hazırdır.

"Real Madrid"in rəhbərliyi hazırda transfer bazarında yarımmüdafiəçiləri təqib edir. Lakin klub aktiv olaraq heç bir transfer üçün çalışmır. Onlar X. Alonsonun bu heyətlə mövsümü keçirməyini təkid edir.