Gəncə şəhərində 2025-ci ilin yanvar-iyun aylarında əsas kapitala 142,8 milyon manat və ya 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 6,6 dəfə çox vəsait yönəldilib.
FED.az xəbər verir ki, bu barədə Gəncə Şəhər Statistika İdarəsindən bildirilib.
Əsas kapitala yönəldilmiş vəsaitlərin 78,9 faizi dövlət, 21,1 faizi isə qeyri-dövlət mülkiyyətinə məxsus olub. Əsas kapitala yönəldilmiş vəsaitlərin 129,9 milyon manatı və ya 91,0 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuş və 7,8 dəfə artıb.