“Araz” supermarketlər şəbəkəsi fəaliyyətini genişləndirməyə davam edir.
Azərbaycanda unun son topdansatış qiymətləri açıqlanıb - SİYAHI
FED.az xəbər verir ki, Abşeron rayonunun Saray qəsəbəsində yerləşən yeni “Araz Abşeron Supermarket” filialı 8 avqust tarixindən müştərilərin xidmətində olacaq.
Açılış günü münasibətilə mağazada seçilmiş məhsullar üzrə xüsusi endirim kampaniyası keçiriləcək. Şirkət bildirib ki, bütün müştəriləri yeni filialda görməkdən məmnun olacaqlar.
Yeni filial Abşeron rayonu, Saray qəsəbəsi, Heydər Əliyev küçəsi ünvanında yerləşir.
Xatırladaq ki, “Araz” supermarketlər şəbəkəsi ölkə üzrə 400-dən artıq filial ilə müştərilərə xidmət göstərir.