AZ

Qazaxıstan Xorvatiya vasitəsilə Macarıstana ilk xam neft partiyası ixrac edib

Azertag saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Astana, 4 avqust, AZƏRTAC

“KazMunayQaz” Milli Şirkəti (KMG) Səhmdar Cəmiyyəti və “MOL Group” (Macarıstan) arasında əməkdaşlığın strateji genişləndirilməsi çərçivəsində Macarıstanın neft emalı zavoduna 85 min ton həcmində Qazaxıstan neftinin ilk tədarükü həyata keçirilib.

AZƏRTAC “KazMunayQaz” şirkətinin mətbuat xidmətinə istinadla xəbər verir ki, Novorossiysk limanından Xorvatiyanın Omisal limanına qədər dəniz daşımalarını “Kazmortransflot” (KMQ-nin törəmə müəssisəsi) öz “Alatau” tankeri ilə təmin edib.

Limandan son təyinat məntəqəsi olan Macarıstandakı “Sazxalombatta” neft emalı zavoduna qədər sonrakı daşımalar Xorvatiyanın “Jadranski naftovod (JANAF)” şirkəti tərəfindən idarə olunan Adriatik neft kəməri vasitəsilə həyata keçiriləcək.

Elşən Rüstəmov

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
7
azertag.az

1Mənbələr