AZ

Boykot uğursuz olub – İsak qaçışından sonra “Nyukasl”a qayıdıb

İsveçli futbolçu Aleksandr İsak uzun müddətdən sonra “Nyukasl”un klub bazasına gəlib.

İdman.biz xəbər verir ki, 25 yaşlı hücumçu klubunu boykot edərək, məşqə çıxmaqdan imtina edib və karyerasını başqa komandada davam etdirmək istəyi səbəbindən Asiya turuna da qatılmayıb.

O, “Nyukasl”un mövsümə hazırlığına məhəl qoymayaraq və məşqlərini əvvəl çıxış etdiyi İspaniyanın “Real Sosyedad” klubunun bazasında keçirib.

Uğursuz boykotun ardından İsak “Nyukasl”un bazasına gəlib və təkbaşına üç saat meydanda məşq edib.

“Liverpul”un İsak üçün 120 milyon avro təklif etdiyi, lakin “Nyukasl”ın rədd cavabı verdiyi bildirilir.

Qeyd edək ki, o, 2024/25 mövsümündə klub səviyyəsində 42 oyun keçirib, 27 qol vurub və 6 məhsuldar ötürmə verib.

İdman.biz

Məqalədə:
Seçilən
3
1
idman.biz

2Mənbələr