Bakıda zəhərli içkidən ölənlərlə bağlı bu restoranlar bağlandı
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli son zaman içkidən zəhərlənmə ilə bağlı məsələ münasibət bildirib.
Anews.az oxu.az-a istinadən xəbər verir ki, sədr keçirdi mətbuat konfransında bildirib ki, "BAKU City" kafesində dekabrın 23-də məlumat daxil olub:
"Həmin vaxtdan AQTA-nın ekspertləri və respublikanın əlaqədar qurumları müəyyən tədbirlər həyata keçirib. 101 adda müxtəlif əmtəə nişanlı spirtli içkilər ictimai iaşə obyektlərindən laborator müayinələr aparılıb. İki saat ərzində "Chivas Regal 12" saxtalaşdırılmış kustar şəkildə istehlaka verilən içkini tərkibində metil spirti 76,6 faiz aşkar edilib.
Bu da insan sağlamlığı üçün çox zərərlidir. Hüquq mühafizə orqanları AQTA əməkdaşları ilə birgə operativ tədbirlər başlayıblar. "Baku City", "Everest", "Piano", "Madonna" restoranlarında və Abşeron qəsəbəsində bir evdə zəhərlənmə faktları qeydə alınıb. Həmin ünvanlarda ekspertiza və yoxlamalar aparılıb.
"Baku City" və "Everst" fəaliyyəti məhdudlaşdırılıb. Hazırda "Piano" və "Madonna"da araşdırma aparılır.
www.anews.az