ain.az bildirir, 525.az portalına istinadən.
Türkiyədə son iki həftədə saxta spirtli içki istehsalçılarını hədəf alan əməliyyatlarda 121 şübhəli saxlanılıb.
525.az “Milliyet”ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya bildirib.
O, sosial şəbəkə hesabında etdiyi paylaşımda bildirib ki, İstanbul və Antalyada son iki həftədə saxta içki istehsalçılarına qarşı aparılan əməliyyatlarda 33 min 554 litr saxta içki, 29 min 63 litr etil spirti ələ keçirilib.
“Saxta spirt istehsal etmək təkcə cinayət deyil, həm də xalqın sağlamlığını təhdid edən ölümcül tələdir. Bu məhsulları bazara çıxaranlar həm vətəndaşlarımızın həyatına, həm də sağlamlığına məhəl qoymurlar. Şübhəli hallar barədə bizə məlumat verin, biz də lazımi tədbirləri görəcəyik. Əməliyyatları koordinasiya edən prokurorlarımızı, jandarma və polis idarəmizi təbrik edirəm”, - deyə Ali Yerlikaya bildirib.
İbrahim Cəfərov
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.